Livayadan şok qərar - karyerasını bitirdi
10.10.2023 - 00:09
Marko Livaya milli karyerasını bitirdiyini açıqlayıb.
Apasport.az xəbər verir ki, 30 yaşlı futbolçu bir daha Xorvatiya millisinin formasını geyinməyəcək.
Ölkəsinin “Hayduk” klubunda oynayan hücumçu sosial media hesabından açıqlama verib: “Bu qərarı vermək üçün çox düşündüm. Sonda isə ailəmlə və dostlarımla məsləhətləşərək, millidən getmək vaxtının gəldiyini anladım. Bu zamana qədər mənə dəstək olan hər kəsə təşəkkür edirəm”.
Qeyd edək ki, milli komanda ilə 30 matçda iştirak edən Livaya 4 qolla yadda qalıb.
0
0