“Mançester Yunayted”in azarkeşləri başlarının kərpic divara dəydiyini hiss etməlidirlər. Çünki narazılıqlarını açıq şəkildə ifadə etdilər, amma heç nə dəyişmir”.
Apasport.az saytının məlumatına görə, bunu “Liverpul”un əfsanəvi futbolçusu Ceymi Karrager deyib.
İngiltərə millisinin sabiq üzvü əzəli rəqibləri “Mançester Yunayted”in sahibləri olan qleyzerlər ailəsini tənqid edib: “Azarkeşlər klubun sahibi Qleyzerə baxır, komandanı sevməyən və ya onlara əhəmiyyət verməyən rəhbər görürlər. “Mançester Yunayted” gülüş obyektinə çevrilib. Təkcə bu ölkədə deyil, bütün dünyada artıq onlarla zarafat edirlər. Klub həftələrlə Frenki de Yonqu istədi, Kasemironu aldı. Halbuki onlar fərqli üslubda olan oyunçulardır. Orada nə plan var, nə də strategiya”.
Qeyd edək ki, Premyer Liqanın ilk iki turunda xal üzünə həsrət qalan “Mançester Yunayted” III turda avqustun 22-də “Liverpul”la qarşlaşacaq.