“Liverpul” gürcü qapıçını transfer etmək istəyir
13.08.2024 - 10:36
“Liverpul” gürcü qapıçını transfer etmək istəyir

Premyer Liqa təmsilçilərindən “Liverpul” “Valensiya”nın qapıçısı Georgi Mamardaşvilini transfer etmək istəyir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. Xəbərdə tərəflər arasında danışıqların davam etdiyi bildirilib.

“Liverpul” gürcü qapıçını transfer edib, onu icarəyə verməyi düşünür. Lakin Mamardaşvili bu variantla razılaşmır.

Qolkiper Avro-2024-də Gürcüstan yığmasıyla 4 oyunda 29 seyv edib.

writer photo
Əlirza Əlirzalı
0