"Liverpul" klub antirekordunu təkrarlayıb
15.04.2024 - 10:34
"Liverpul" klub antirekordunu təkrarlayıb

İngiltərə Premyer Liqasının 33-cü turunda "Liverpul" doğma meydanda "Kristal Palas"a məğlub olub.

Apasport.az "Opta Sports"a istinadla xəbər verir ki, mersisaydlılar ardıcıl 9-cu ev matçında qol buraxaraq, klub antirekordunu təkrarlayıblar. “Liverpul” 1996 və 1999-cu illərdə də oxşar məğlubiyyət seriyasına malik olub.

Xatırladaq ki, ötən həftəsonu “Liverpul” öz meydanında “Kristal Pelas”a 0:1 hesabı ilə məğlub olub. Bu uğursuzluqdan sonra Yurgen Kloppun yetirmələri 71 xalla üçüncü pillədə qərarlaşıb. Mersisaydlılar lider “Mançester Siti”dən 2 xal geri qalır.

Qeyd edək ki, ingilislər növbəti oyununu Avropa Liqasının 1/4 final mərhələsində “Atalanta”ya qarşı keçirəcəklər.

writer photo
Əlirza Əlirzalı
0