“Liverpul” tarixinin ən bahalı transferi
29.11.2023 - 14:49
“Liverpul” tarixinin ən bahalı transferi

“Liverpul” futbolçusu Darvin Nunyes üçün əlavə xərcə düşüb.

Apasport.az xəbər verir ki, İngiltərə klubu hücumçunu transfer etdiyi “Benfika”ya 9,8 milyon avro ödəyib.

Buna Darvinin “Liverpul”da 60-cı oyununu keçirməsi səbəb olub. Uruqvaylı 2022-ci ilin yayında bonuslarsız 73,3 milyona transfer olunub. 

Mersisaydlılar onun 10-cu matçında 5, indi isə 9,8 milyon ödəniş edib. Nəticədə transferin ümumi qiyməti 88 milyona çatıb. Bununla da Nunyes klub tarixinin ən bahalı transferi olub.

Qeyd edək ki, 23 yaşlı forvard cari mövsüm Premyer Liqanın 12 matçında 4 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0