DÇ-2022-dən sonra İspaniya yığmasından ayrılan Luis Enrike karyerasını Cənubi Amerikada davam etdirə bilər.
Apasport.az saytının məlumatına görə, təcrübəli mütəxəssis Braziliya millisinin baş məşqçisi postuna əsas namizədlərdən biridir.
Enrike ilə danışıqlar davam edir. Artıq ona təklif olunan müqavilənin müddəti də bəllidir. Braziliya Futbol Konfederasiyası ispaniyalıya 3 illik anlaşma təklif edib. Cənubi amerikalılar Enrikenin DÇ-2026-nın sonuna qədər postunda qalmasını istəyir.
Lakin mütəxəssis yığma deyil, klubda çalışmaq arzusundadır. Təkliflər gözləyən Enrike braziliyalılara cavab verməyə tələsmir.
Qeyd edək ki, pentakampeonların əvvəlki baş məşqçisi Tite DÇ-2022-nin 1/4 finalından sonra istefa verib.