“Mançester Siti”də narazılıq
23.10.2023 - 09:25
Kevin de Breynenin “Mançester Siti”dəki taleyi sual altına düşüb.
Apasport.az xəbər verir ki, belçikalı yarımmüdafiəçi İngiltərə klubunu tərk edə bilər.
Premyer Liqa təmsilçisi futbolçusu ilə müqaviləni uzatmaqda tərəddüd edir. Buna səbəb Kevinin tez-tez zədələnməsidir.
Öz mövqeyində ən yaxşılardan biri sayılan belçikalı yenə zədə üzündən komandadan ayrı düşüb. Bu da klub rəhbərliyinin ciddi narazılığına əsas verib.
Qeyd edək ki, Kevin cari mövsümdə cəmi 2 oyun keçirib.
0
0