“Mançester Siti”dən Portuqaliyaya
14.08.2022 - 00:38
“Mançester Siti”dən Portuqaliyaya

“Mançester Siti”nin futbolçusu Kayki karyerasını Portuqaliyada davam etdirəcək.

Apasport.az saytının məlumatına görə, braziliyalı hücumçu “Pasuş de Ferreyra”ya icarəyə verilib.

19 yaşlı futbolçu 2022/23 mövsümünü bu komandada keçirəcək. 2021-ci ilin avqustunda “Fluminense”dən transfer olunan forvard İngiltərə klubunda oyun praktikası yoxluğundan əziyyət çəkir.

Qeyd edək ki, Kayki Mançester təmsilçisinin əsas komandasında cəmi 2 matça çıxıb.

writer photo
Əlirza Əlirzalı
0