Mauro İkardi “Qalatasaray”a keçir
31.08.2022 - 13:36
Mauro İkardi “Qalatasaray”a keçir

PSJ-nin hücumçusu Mauro İkardi tezliklə “Qalatasaray”a keçəcək.

Apasport.az saytının məlumatına görə, argentinalı forvardın həyat yoldaşı və meneceri Vanda Nara ilə birlikdə İstanbulda Türkiyə klubunun rəhbərliyi ilə görüşüb.

Görüş müsbət nəticələnib, Nara şəhəri bəyənib. Onlar “cim-bom” rəhbərliyinin qonaqpərvərliyini yüksək qiymətləndiriblər. Artıq klublar da razılığa yaxındırlar. Əvvəllər İkardinin icarəyə götürülməsi və sonradan transferi müzakirə olunurdusa, indi tərəflər satın alma şərti olmadan icarəyə götürmək variantı üzərində razılaşıblar.

PSJ icarə müddətində 29 yaşlı futbolçunun maaşının bir hissəsini ödəməyə razılaşıb.

writer photo
Əlirza Əlirzalı
0