Mbappe seriala çəkiləcək
16.06.2023 - 10:42
Mbappe seriala çəkiləcək

PSJ-nin hücumçusu Kilian Mbappe haqda serial çəkiləcək.

Apasport.az saytı xəbər verir ki, çəkilişlər 24 yaşlı futbolçunun mövsümöncəsi məşqi zamanı başlayacaq. 

Çəkiliş qrupu onun Olimpiada və AVRO-2024-dəki çıxışlarını da lentə alacaq. Fransa millisinin kapitanının 2024-cü ilin yayında edəcəyi klub seçimindən də bəhs olunması nəzərdə tutulub.

Serialın gələn ilin avqustunda yayımlanması planlaşdırılır.

writer photo
Əlirza Əlirzalı
0