Mbappedən iddialı açıqlama
06.03.2023 - 16:00
Mbappedən iddialı açıqlama

PSJ-nin hücumçusu Kilian Mbappe Çempionlar Liqasının 1/8 final mərhələsinin "Bavariya" ilə keçiriləcək cavab oyunu öncəsi iddialı fikirlər səsləndirib. 

Apasport.az saytı xəbər verir ki, 24 yaşlı oyunçu almanlarla matçda azarkeşlərə ən az 3 qol vuracağını söz verib.

İlk oyunda 0:1 hesablı məğlubiyyətə baxmayaraq, cavab qarşılaşmasında lazımı nəticə qazanaraq mərhələni keçəcəklərinə inandığını deyən Mbappe Paris klubunda tarix yazacaqlarını da vurğulayıb: “Heç nə bitməyib. Məni təkcə fərdi deyil, kollektiv nailiyyətlər də maraqlandırır. Biz kuboklarla azarkeşlərimizi sevindirməliyik”.

Qeyd edək ki, "Bavariya" - PSJ matçı martın 8-də, Bakı vaxtı ilə saat 00:00-da başlayacaq.

writer photo
Əlirza Əlirzalı
0