Mbappedən yeni rekord
17.04.2023 - 18:00
Mbappedən yeni rekord

PSJ-nin futbolçusu Kilian Mbappe daha bir rekord qırıb.

Apasport.az saytı xəbər verir ki, o, Liqa 1-in XXXI turunun “Lans”la görüşündə (3:1) fərqlənməklə Paris təmsilçisindəki qollarının sayını 139-a çatdırıb.

Bununla da PSJ-nin Fransa çempionatında ən sərrast qolçusuna çevrilən 25 yaşlı forvard uruqvaylı Edinson Kavaninin (138 qol) rekordunu qırıb.

Qeyd edək ki, Mbappe 2018-ci ildə “Monako”dan PSJ-yə 120 milyon avroya transfer edilib. Fransa millisinin kapitanı bu mövsüm 36 matçda 32 dəfə fərqlənməyi bacarıb.

writer photo
Əlirza Əlirzalı
0