“Milan”dan Dest qərarı
23.01.2023 - 23:22
“Milan”dan Dest qərarı

“Milan” “Barselona”dan icarəyə götürdüyü Serjinyo Destlə bağlı qərar verib.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu 22 yaşlı müdafiəçini transfer hüququnu almayacaq.

“Rossonyeri” icarə müqaviləsindəki 20 milyon avroya transfer olunma bəndini aktivləşdirməyəcək. Klub rəhbərliyi bu keçidə ehtiyac duymur. “Barselona” ilə anlaşması 2025-ci ildə başa çatacaq Dest yayda klubuna qayıdacaq.

Qeyd edək ki, müdafiəçi cari mövsüm “Milan”da 13 matç keçirib.

writer photo
Əlirza Əlirzalı
0