Milner rekorda bir addım daha yaxınlaşdı
23.01.2024 - 13:43
Milner rekorda bir addım daha yaxınlaşdı

Ceyms Milner Premyer Liqa rekorduna yeniləməyə iddialıdır.

Apasport.az xəbər verir ki, "Brayton"un yarımmüdafiəçisi İngiltərə çempionatında keçirilən matçların sayına görə ikinci pilləyə yüksəlib.

Belə ki, “Vulverhempton”la görüş (0:0) 38 yaşlı futbolçunun turnirdəki 633-cü oyunu olub. Bu göstəriciyə görə, o, Rayan Giqsi (632) qabaqlayıb. Rekordçu isə 653 matçda meydana çıxan Qaret Barridir.

Qeyd edək ki, Milnerin Premyer Liqada debütü 2002-ci ilin noyabrında oynanılan "Lids Yunayted" - "Vest Hem" matçı olub.

writer photo
Əlirza Əlirzalı
0