Modriç ikinci plana düşüb
03.10.2023 - 10:47
“Modriçlə heç bir problemim yoxdur”.
Apasport.az xəbər verir ki, Madrid "Real"ında baş məşqçisi Karlo Ançelotti yarımmüdafiəçi Luka Modriçin bu mövsüm meydana az çıxmasına aydınlıq gətirib.
64 yaşlı mütəxəssis bunun normal hal olduğunu deyib: “Luka komandanın bir parçasıdır. Əhval-ruhiyyəsi də yerindədir. Bəli “Jirona” ilə matçda (“Jirona”–“Real”- 0:3) oynamadı, amma növbəti matçda bu dəyişə bilər. Bu gün Modriç ehtiyat oyunçular skamyasındadır, sabah isə Kros, Tçuameni və ya Kamavinqa ola bilər”.
Qeyd edək ki, 38 yaşlı xorvatiyalı bu mövsüm 7 matçda forma geyinib.
0
0