“Napoli” Osimhenin qiymətini artırdı
31.07.2023 - 11:56
“Napoli” Osimhenin qiymətini artırdı

“Napoli”nin futbolçusu Viktor Osimhen üçün “Əl-Hilal”dan tələb etdiyi məbləğ bəlli olub.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu hücumçusu üçün istədiyi vəsaiti artırıb.

Neapollular 24 yaşlı nigeriyalı üçün Səudiyyə Ərəbistanı təmsilçisindən 200 milyon avro istəyib. Buna “Əl-Hilal”ın əvvəl Kilian Mbappe ilə maraqlanması səbəb olub. Ərəblər PSJ-yə 300 milyon təklif etdiyi üçün “Napoli” öz hücumçusuna görə 200 milyon qiymət qoyub.

Qeyd edək ki, Osimhenin özü Avropada oynamaq istəyir. O, yalnız cəlbedici şərtlər qarşılığında Asiyaya yollanacaq.
 

writer photo
Əlirza Əlirzalı
0