“Napoli” üçün təhlükə
05.09.2022 - 22:02
“Napoli” üçün təhlükə

“Napoli” Çempionlar Liqasının qrup mərhələsinin I turuna ciddi itki ilə çıxa bilər.

Apasport.az saytının məlumatına görə, İtaliya klubu Viktor Osimhenin xidmətindən məhrum olmaq təhlükəsi ilə üzləşib.

Nigeriyalı hücumçunun “Liverpul”la matçda iştirakı sual altındadır. Osimhen əzələsindəki zədə üzündən fərdi məşqlərlə kifayətlənir. Bu qarşılaşma sabah baş tutacaq.

Qeyd edək ki, Viktor cari mövsümün 5 matçında 2 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0