“Napoli”nin təklifini rədd etdi, “Əl-Əhli”yə keçdi
26.08.2023 - 13:37
“Napoli”nin təklifini rədd etdi, “Əl-Əhli”yə keçdi

İspaniya La Liqasının daha bir futbolçusu Səudiyyə Ərəbistanı klubuna keçib.

Apasport.az saytının məlumatına görə, Qabri Veyqa karyerasını Asiya ölkəsində davam etdirəcək.

“Selta”nın yarımmüdafiəçisi “Əl-Əhli” ilə müqavilə imzalayıb. 21 yaşlı ispaniyalı “Napoli”dən təklif alsa da, İtaliyada oynamaq istəməyib. Neapollular onun üçün 36 milyon avro ödəməyə hazır olsa və “Selta” transferə razılıq versə də, Veyqa fərqli seçim edib.

Qeyd edək ki, “Əl-Əhli” Veyqaya qədər Roberto Firmino, Riyad Mahrez, Allan San-Maksimen, Eduar Mendi və Frank Kessyeni heyətinə qatıb.
 

writer photo
Əlirza Əlirzalı
0