Neymar əkiz bacılar arzusunda
20.02.2023 - 21:32
Neymar əkiz bacılar arzusunda

Braziliya millisinin kapitanı Neymar yenə xoşagəlməz hadisə ilə diqqət mərkəzinə düşüb.

Apasport.az saytı xəbər verir ki, PSJ-nin 31 yaşlı hücumçusu bu dəfə voleybol üzrə Braziliya milli komandasında oynayan əkiz bacıları ələ keçirmək üçün “qollarını çırmalayıb”.

Bacılardan Key Alves hətta Neymarın ona və bacısına eyni vaxtda sosial şəbəkədən mesaj yazdığını bildirib. Birlikdə axşam yeməyi təklifi aldıqlarını deyən əkizlər futbolçunun bu təklifinə hələlik cavab verməyiblər.

writer photo
Əlirza Əlirzalı
0