Okan Burukun istəyi
19.12.2023 - 13:57
Okan Burukun istəyi

Okan Buruk “Qalatasaray”  rəhbərliyindən 2 futbolçunun satılmamasını istəyib.

Apasport.az xəbər verir ki, təcrübəli mütəxəssis Kərəm Akturkoğlu və Saşa Boeyin qışda komandanı tərk etməsinə qarşı çıxıb.

50 yaşlı məşqçi “aslanlar”ın Avropa Liqasında nəticə qazanması üçün hər iki futbolçuya ciddi ehtiyacı olduğunu deyib: “Bu komandanın avrokuboklarda nəticə qazanacağına inanıram. Onun üçün də heç bir futbolçunun yanvarda komandanı tərk etməsini istəmirəm. Xüsusilə Kərəm və Saşanı mütləq heyətdə saxlamalı olduğumuzu düşünürəm”.

Qeyd edək ki, son Türkiyə çempionu Avropa Liqasının pley-off mərhələsində Çexiyanın “Sparta” klubu ilə qarşılaşacaq. Matçlar gələn il fevralın 15-də və 22-də keçiriləcək. 
 

writer photo
Əlirza Əlirzalı
0