“Öləndə stadionlarda bir dəqiqəlik sükutla anılacağam”
15.06.2022 - 22:53
“Öləndə stadionlarda bir dəqiqəlik sükutla anılacağam”

Macarıstan yığmasının baş məşqçisi Marko Rossi Millətlər Liqasının qrup mərhələsində İngiltərə üzərində səfərdə 4:0 hesablı qələbə qazanmalarına münasibət bildirib.

Apasport.az saytının məlumatına görə, italiyalı mütəxəssis bu qalibiyyətə yumorla yanaşıb.

58 yaşlı mütəxəssis Macarıstan tarixində daim qalacağını düşünür: “Mən öləndə Macarıstan stadionlarında bir dəqiqəlik sükutla anılacağam. Ümid edirəm ki, bu, tezliklə baş verməyəcək”.

Qeyd edək ki, A liqasının III qrupunda Macarıstan 7 xalla turnir cədvəlinə başçılıq edir.

writer photo
Əlirza Əlirzalı
0