Portuqaliya Liqasında Kerem Aktürkoğlu bombası: Qyökereşi geridə qoydu
07.11.2024 - 19:44
Portuqaliya Liqasında Kerem Aktürkoğlu bombası: Qyökereşi geridə qoydu

Super Liqa təmsilçilərindən "Qalatasaray"dan "Benfika"ya transfer olan Kerem Aktürkoğlu uğurlu çıxışı ilə portuqaliyalıları valeh edir.

Apasport.az xəbər verir ki, Kerem Portuqaliya Super Liqasında sentyabr və oktyabr aylarının futbolçusu seçilib.

Liqada məşqçilər arasında keçirilən səsvermədə "Benfika"nın futbolçusu 29,06 faiz səs toplayıb və birinci olub.

Viktor Qyökereş (“Sportinq”) 27,35 faizlə ikinci, Samu Aqehova (“Porto”) isə 23,93 faiz səslə üçüncü olub.

Aktürkoğlu Portuqaliya Liqasında sentyabr və oktyabr aylarının ən yaxşı hücumçusu mükafatını qazanıb.

Türkiyə millisinin üzvü "Benfika” forması ilə bütün yarışlarda 10 matçda 8 qol vurub, 3 məhsuldar ötürmə edib.

writer photo
Əlirza Əlirzalı
0