PSJ-dən Veratti QƏRARI
29.12.2022 - 09:57
PSJ-dən Veratti QƏRARI

Fransanın PSJ klubu futbolçusu ilə müqavilənin müddətini uzadıb.

Apasport.az xəbər verir ki, Marko Veratti 2026-cı ilədək Paris təmsilçisinin şərəfini qoruyacaq. 

30 yaşlı italiyalı yarımmüdafiəçi 2024-cü ildə bitməli olan müqaviləsini daha 2 il artırıb. 

Qeyd edək ki, 2012-ci ildən PSJ-nin şərəfini qoruyan Veratti 398 oyunda rəqib qapılarına 11 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0