“Qalatasaray” Dembeleni istəyir
27.10.2022 - 14:54
“Qalatasaray” Dembeleni istəyir

“Lion”un hücumçusu Mussa Dembele Türkiyəyə köçə bilər.

Apasport.az saytının məlumatına görə, “Qalatasaray” fransalı forvardın transferində maraqlıdır.

26 yaşlı oyunçunun meneceri transfer danışığı üçün hazırda İstanbuldadır. “Qalatasaray”ın U-19 komandasının “Rux”la oyununu tribunadan izləyən agent “cim-bom” rəsmiləri ilə də bir araya gəlib. İstanbul nəhəngi Dembeleni mövsümün sonunda azad agent kimi heyətinə cəlb etməyi planlaşdırır. Çünki oyunçunun “Lion”la müqaviləsi gələn ilin yayına qədərdir.

Qeyd edək ki, Mussa Dembele 2018-ci ildən “Lion”da çıxış edir.
 

writer photo
Əlirza Əlirzalı
0