“Qarabağ”ın rəqibindən tarixi nəticə
02.10.2023 - 15:53
“Qarabağ”ın rəqibindən tarixi nəticə

Avropa Liqasının qrupunda “Qarabağ”ın rəqibi olan “Bayer” yeni rekorda imza atıb.

Apasport.az saytının məlumatına görə, Xabi Alonsonun yetirmələri Almaniya Bundesliqasında özünün ən yaxşı startını gerçəkləşdirib.

“Bayer” ilk 6 turda 16 xal toplayıb. 5 qələbə və 1 heç-heçəsi olan leverkuzenlilər bunadək tarixində belə uğurlu start götürməyib.

Qeyd edək ki, VI turda “Mayns”ı üç cavabsız qolla məğlub edən “Bayer” Bundesliqanın lideridir.

writer photo
Əlirza Əlirzalı
0