"Real Madrid"in ulduzu ciddi zədə alıb
14.08.2024 - 17:31
"Real Madrid"in ulduzu ciddi zədə alıb

Avropa Superkuboku uğrunda "Atalanta" ilə üz-üzə gələcək "Real Madrid" hazırlıq prosesində ağır itki ilə üzləşib.

Apasport.az xəbər verir ki, "kral klubu"nun üzvü Eduardo Kamavinqa ciddi zədə alıb.

O, məşq zamanı komanda yoldaşı Çuameni ilə toqquşub. Futbolçunun təxminən 7 həftə yaşıl meydanlardan uzaq qalacağı gözlənilir.

Qeyd edək ki, superkubok matçı bu gecə baş tutacaq.

writer photo
Əlirza Əlirzalı
0