“Real”dan xahiş: “Müqaviləni uzatma”
26.09.2022 - 22:34
“Real”dan xahiş: “Müqaviləni uzatma”

Cud Bellinqemin Dortmund “Borussiya”sı ilə müqaviləni uzatmaq istəməməyinin səbəbi bəlli olub.

Apasport.az saytının məlumatına görə, bunu ingiltərəli yarımmüdafiəçidən “Real” xahiş edib.

İspaniya klubu 19 yaşlı hücumçunu 2023-cü ilin yayında heyətinə qatmaq fikrindədir. Üç ilə yaxındır Cuda maraq göstərən “Real” onun anlaşmasını uzatmamasında maraqlıdır. “Borussiya” yarımmüdafiəçini 2025-ci ilədək rənglərinə bağlamaq istəyir.

Qeyd edək ki, Cud cari mövsümün 10 matçında 3 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0