“Real”dan yeni anlaşma
15.10.2022 - 00:43
“Real”dan yeni anlaşma

“Real” “Emirates” aviaşirkəti ilə əməkdaşlıq müqaviləsini uzadıb.

Apasport.az saytının məlumatına görə, BƏƏ şirkəti ilə yeni anlaşma 2026-cı ilədək nəzərdə tutulub.

“Emirates” 2013-cü ildən İspaniya nəhənginin baş sponsorudur. Bunadək isə şirkət 2 il qlobal sponsor funksiyasını yerinə yetirib.

Qeyd edək ki, “Real” oktyabrın 16-da baş tutacaq növbəti oyununda “Barselona” ilə “El Klasiko”ya çıxacaq.
 

writer photo
Əlirza Əlirzalı
0