“Real”ın sabiq futbolçusu ABŞ klubunda
04.08.2023 - 14:00
“Real”ın sabiq futbolçusu ABŞ klubunda

“Real”ın sabiq futbolçusu Asier İllarramendi karyerasını ABŞ-da davam etdirəcək.

Apasport.az saytı xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçi "Dallas" klubuna transfer olunub. 

Karyerası ərzində yalnız iki komandanın - “Real Sosyedad” və Madrid “Real”ının şərəfini qorumuş İllarramendi yeni klubuna azad agent kimi qoşulub. İspaniya millisinin keçmiş üzvü ilə müqavilə 2023-cü ilin sonuna kimi nəzərdə tutulub. Futbolçu özünü yaxşı tərəfdən göstərərsə razılaşması daha bir il artırılacaq.

Qeyd edək ki, karyerası ərzində 409 matçda iştirak edən Asier 19 qol və eyni sayda ötürmə ilə yadda qalıb.

writer photo
Əlirza Əlirzalı
0