Ronaldo rekorda doymur
17.10.2023 - 10:17
Ronaldo rekorda doymur

Kriştiano Ronaldo rekordlara doymur.

Apasport.az xəbər verir ki, Portuqaliya millisinin hücumçusu Avro-2024-ün seçmə mərhələsinin Bosniya və Herseqovina yığması ilə qarşılaşmasında dubl edib.

38 yaşlı futbolçu Avropa çempionatının seçmə turnirlərində 42 matçda ümumilikdə 40 qol vurub ki, bu da rekord göstəricidir. Siyahıda ikinci yerdə irlandiyalı Robbi Kin (44 oyunda 23 qol), üçüncü sırada isə Polşa millisinin hücumçusu Robert Levandovski (25 oyunda 22 qol) qərarlaşıb.

Qeyd edək ki, Portuqaliyanın əsas yığması ilə 203 matça çıxan “superstar”, rəqib qapılarına 127 qol vurub.

writer photo
Əlirza Əlirzalı
0