Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...
30.11.2022 - 16:11
Ronaldonun müqaviləsinin detalları: 2 villa, 2 zirehli avtomobil, qola 200 min avro...

Kriştiano Ronaldonun Səudiyyə Ərəbistanı klubu “Əl-Nassr”la müqaviləsinin detalları müəyyənləşib.

Apasport.az saytının məlumatına görə, Portuqaliya millisinin kapitanı adıçəkilən kluba keçəcəyi təqdirdə illik 200 milyon avro maaşla kifayətlənməyəcək.

Bundan başqa, ərəblər ona 2 villa, iki il ərzində havayı təyyarə bileti haqqı, biri “Jip”, biri “Porsche” olmaqla 2 zirehli avtomobil, hər oyuna 200 min avro və hər qola 200 min avro təklif edib.

Qeyd edək ki, Kriştiano Ronaldonun “Əl-Nassr”la 2,5 illik müqavilə imzalaması gözlənilir.

writer photo
Əlirza Əlirzalı
0