Sergey Yakiroviç: "Rəqibi yaxşı analiz etmişdik"
28.08.2024 - 23:26
Sergey Yakiroviç: "Rəqibi yaxşı analiz etmişdik"

UEFA Çempionlar Liqasının pley-off mərhələsində cavab oyununa çıxan "Qarabağ" Xorvatiyanın "Dinamo" klubuna 0:2 hesabı ilə məğlub olub.

Apasport.az xəbər verir ki, matçdan sonra qonaqların baş məşqçisi Sergey Yakiroviç oyun haqqında fikirlərini bildirib:

- Komandamı təbrik edirəm. Rəqibi yaxşı analiz etmişdik. Bunun sayəsində yaxşı nəticə də göstərə bildik. Müdafiəni yaxşı qurduq, əsasən də sağ cinahı. Ona görə keyfiyyətli oyun göstərdik. Bəzi problemlərin olduğunu da gördük. Lakin ümumilikdə çox ciddi oyun göstərdik. Oyunçularıma təşəkkür edirəm. Düzgün şəkildə oyun apardıq və layiq olduğumuz qələbəni əldə etdik.

writer photo
Əlirza Əlirzalı
0