Sabiq "Barselona"lı Fabreqasın komandasına gedir
22.08.2024 - 17:24
Sabiq "Barselona"lı Fabreqasın komandasına gedir

"Barselona"dan ayrılan Sergi Robertonun yeni ünvanı dəqiqləşmək üzrədir.

Apasport.az xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.

İspaniyalı futbolçu İtaliya A Seriyasının debütantı "Komo" ilə razılığa gəlib. Klub 32 yaşlı oyunçu ilə 2+1 illik müqavilə imzalayacaq. 

Qeyd edək ki, Sesk Fabreqas rəhbərliyindəki komandaya yeni qatılacaq oyunçular arasında "Real Madrid"dən Niko Paz, "Mançester Siti"dən Maksimo Perrone də var.

 

writer photo
Əlirza Əlirzalı
0