Salah Anrinin rekordunu qırdı
27.10.2023 - 17:54
Salah Anrinin rekordunu qırdı

“Liverpul”un hücumçusu Məhəmməd Salah avrokuboklarda ən çox qol vuran Premyer Liqa təmsilçisi olub.

Apasport.az xəbər verir ki, misirli futbolçu Avropa Liqasının “Tuluza”ya qarşı keçirilən görüşündə fərqlənərək qitə kuboklarında 43-cü qolunu vurub. Məhəmməd bu göstərici  ilə “Arsenal”da 42 qol vuran fransalı forvard Tyerri Anrini keçib.

Qeyd edək ki, “Liverpul” – “Tuluza” matçı meydan sahiblərinin 5:1 hesablı qələbəsi ilə yekunlaşıb.

writer photo
Əlirza Əlirzalı
0