Macarıstanın paytaxtı Budapeşt şəhərində Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin növbəti Baş Assambleyası keçirilir.
Apasport.az xəbər verir ki, tədbir çərçivəsində bu gün adıçəkilən Komitənin təsis etdiyi nüfuzlu “Dünya Ədalətli Oyunlar Mükafatları”nın təqdimetmə mərasimi keçirilib.
Mükafatlandırma mərasimində Azərbaycanın böyüklərdən ibarət millisinin üzvü Səid Mollayiyə olimpiya hərəkatının banisi Pyer de Kuberten adına təsis edilmiş “Dünya Ədalətli Oyun” mükafatı təqdim edilib.
Qeyd edək ki, Beynəlxalq Ədalətli Oyunlar Komitəsinin məqsədi ədalətli oyunların bütün dünyada müdafiəsi və təşviqidir.