Serxio Ramos qocalmaq bilmir
20.12.2023 - 15:08
Serxio Ramos qocalmaq bilmir

Serxio Ramos futbolda “ikinci gəncliyini” yaşayır.

Apasport.az xəbər verir ki, "Sevilya"nın 37 yaşlı müdafiəçisi komandasının “Qranada” ilə (0:3) səfər matçında fərqlənib.

Beləliklə, Ramos İspaniya La Liqasında iştirak etdiyi 18 mövsümün hər birində ən az bir qol vurmuş olub. Bununla da o, “Betis”in yetirməsi olan yarımmüdafiəçi Xoakinin bu sahədəki rekordunu təkrarlayıb. 

Qeyd edək ki, Serxio Ramos bu mövsüm “Sevilya” forması ilə çıxdığı 14 oyunda aktivinə 4 qol və 1 məhsuldar ötürmə yazdırıb. 

writer photo
Əlirza Əlirzalı
0