Smit-Rou “Arsenal”dan gedir
30.09.2023 - 14:41
Smit-Rou “Arsenal”dan gedir

Qış transfer pəncərəsində “Arsenal”dan ayrılacağı gözlənilən futbolçulardan biri bəlli olub.

Apasport.az saytının məlumatına görə, Emil Smit-Rou İngiltərə klubu ilə vidalaşmağa hazırlaşır.

Oyun praktikası qazanmaqda çətinlik çəkən yarımmüdafiəçi bu durumdan narazıdır. Emil yanvaradək vəziyyətin dəyişməsini gözləyəcək. O, heyətə düşməyi bacarmasa, özünə yeni komanda axtaracaq.

Qeyd edək ki, Smit-Rounun xidmətində “Everton”, “Kristal Pelas” və “Aston Villa” maraqlıdır.

writer photo
Əlirza Əlirzalı
0