Sommer İtaliya yolunda
09.07.2023 - 12:24
Sommer İtaliya yolunda

“İnter” komandanı tərk edəcək Andre Onanaya əvəzedici axtarır.

Apasport.az saytı xəbər verir ki, İsveçrə yığmasının qapıçısı Yan Sommerlə danışıqlar aparılır.

Milan klubu qapıçının transferi üçün “Bavariya”ya ilkin təklifi göndərib. Milanlılar bu keçid üçün 6 milyon avro ödəməyə hazırdırlar. Yanvardan Münhendə çıxış edən Yan bu təklifə “hə” demək niyyətindədir. Çünki Manuel Noyerin zədədən dönməsi onun əsas heyətdəki yerini itirməsi ilə nəticələnəcək.

Qeyd edək ki, Sommer “Bavariya”nın heyətində 25 oyunda 31 top buraxıb.
 

writer photo
Əlirza Əlirzalı
0