“Barselona”nın qapıçısı Mark-Andre Ter-Ştegen əməliyyat oluna bilər.
Apasport.az xəbər verir ki, almaniyalı qolkiper əməliyyat olunsa, 2023-cü ildə oynamayacaq.
O, uzun müddətdir davam edən bel ağrılarına görə “Blauqrana”nın son üç matçını buraxıb. Ağrının təbii şəkildə azalması üçün qolkiperə bir neçə həftəlik istirahət də verilə bilər. Lakin bu variant sonradan ağrıların yenidən başlaması ilə nəticələnə bilər. Mark-Andre əməliyyata məruz qalsa, bərpa müddəti dörd-altı həftə çəkə bilər.
Qeyd edək ki, 31 yaşlı qolkiper noyabrda Almaniya millisində olarkən bel ağrıları üzündən yığmanın düşərgəsini tərk edib.