Mate Kvirkviya yeni sezona Azərbaycanda başlamayacaq
21.07.2024 - 17:35
Mate Kvirkviya yeni sezona Azərbaycanda başlamayacaq

“Kəpəz”də qalmayan, “Səbail” və “Sumqayıt”ın da dəvətini geri çevirən Mate Kvirkviya yeni sezona Azərbaycanda başlamayacaq.

Apasport.az saytına verilən məlumata görə, gürcü futbolçu Kiprdə oynayacaq. 2022-ci ildə “Kəpəz”ə keçən və bu klubda iki il oynamış Kvirkviyanın yeni  komandası “Karmiotissa” olub.

O, Kipr yüksək liqasının təmsilçisi ilə bir illik müqavilə imzalayıb.

writer photo
Əlirza Əlirzalı
0