UEFA Mourinyonu cəzalandırıb
29.01.2025 - 09:08
UEFA Mourinyonu cəzalandırıb

UEFA "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyonu cəzalandırıb.

Apasport.az xəbər verir ki, buna portuqaliyalı mütəxəssisin UEFA Avropa Liqasının əsas mərhələsinin VII turunda keçirilən "Fənərbaxça" - "Lion" matçının ikinci yarısında futbolçuları meydana gec çıxarması səbəb olub.  

Matçın vaxtında başlamasına mane olduğu əsas gətirilərək Mourinyo ən az bir oyunluq cəzalandırılıb. 

O, UEFA Avropa Liqasında "Midtyullan"-"Fənərbaxça" matçını tribunadan izləyəcək. 

Qeyd edək ki, "Midtyullan"-"Fənərbaxça" qarşılaşması 30 yanvar saat 00:00-da start götürəcək. 

writer photo
Əlirza Əlirzalı
0