Valbuena özünə klub tapdı
26.07.2023 - 12:28
Valbuena özünə klub tapdı

Fransa millisinin sabiq futbolçusu Matye Valbuenanın yeni klubu bəlli olub.

Apasport.az saytının məlumatına görə, 38 yaşlı hücumçu karyerasını Kiprdə davam etdirəcək.

Forvard “Apollon” klubuna keçib. O, yeni komandasına azad agent kimi qoşulub. Valbuena 1 illik müqaviləyə imza atıb.

Qeyd edək ki, karyerası ərzində “Lion”, “Fənərbaxça”, “Dinamo” və “Marsel”də oynamış fransalının son klubu “Olimpiakos” olub.

writer photo
Əlirza Əlirzalı
0