Verner “Leypsiq”ə qayıdır
08.08.2022 - 00:24
Verner “Leypsiq”ə qayıdır

“Çelsi”nin futbolçusu Timo Verner Almaniyaya qayıdacaq.

Apasport.az saytının məlumatına görə, hücumçu yenidən “Leypsiq”in formasını geyinəcək.

Bundesliqa klubu 26 yaşlı futbolçunun transfer hüququna yiyələnəcək. Timonun özünün şəxsi müqaviləsi isə artıq razılaşdırılıb.

Qeyd edək ki, Verner 2020-ci ilin iyulunda “Leypsiq”dən “Çelsi”yə keçib. O, London klubunda 89 matçda 23 qol vurub.
 

writer photo
Əlirza Əlirzalı
0