Verrattidən ayrılıqla bağlı etiraf
13.10.2023 - 10:19
Verrattidən ayrılıqla bağlı etiraf

“Məşqçinin planlarına daxil olmamam gediş səbəbim oldu”.

Apasport.az xəbər verir ki, yarımmüdafiəçi Marko Verratti PSJ-dən ayrılmaq qərarının səbəbini açıqlayıb.

Yayda Qətər klubu “Əl-Ərəbi”yə keçən 30 yaşlı futbolçu Fransa klubunda baş məşqçi ilə görüşdükdən sonra bu qərara gəlib: “Luis Enrike ilə danışdım, dedi ki, onun planlarının bir hissəsi deyiləm. Enrike dəyişiklik arzusunu bəyan etdi. Mən uzun illər PSJ-də oynadım və o, yeniləmə istədi”.

Qeyd edək ki, İtaliya millisinin də şərəfini qoruyan Veratti Qətər çempionatında keçidiyi 2 matçda qol hesabını aça bilməyib.

writer photo
Əlirza Əlirzalı
0