Xabi Alonsonun qərarında "Real Madrid" detalı
30.03.2024 - 15:11
Xabi Alonsonun qərarında "Real Madrid" detalı

"Bayer Leverkuzen"də işinə davam edəcəyini açıqlayan Xabi Alonso Karlo Ançelottidən sonra "Real Madrid"i çalışdırmaq istəyir.

Apasport.az "Marca" nəşrinə istinadla xəbər verir ki, Alonsonun bu səbəbdən Leverkuzendən ayrılmaq istəmədiyi və komandada qalmağa üstünlük verdiyi bildirilib.

Xabi Alonso qərarını açıqlamadan əvvəl onun adı bir çox komanda ilə hallanırdı.

Mövsümün sonunda Yurgen Kloppla yollarını ayıran "Liverpul"un siyahısının başında olduğu deyilən Xabi Alonso Bundesliqa nəhəngi "Bavariya"nın da gündəmində idi.

Lakin Xabi Alonsonun arzusunun 2026-cı ildə "Real Madrid"i çalışdırmaq olduğu bildirilib.

Qeyd olunub ki, Karlo Ançelottinin müqaviləsi 2026-cı ildə bitəcəyi üçün Alonso belə qərar verib. 

writer photo
Əlirza Əlirzalı
0