Xavi kapitandan razıdır
07.01.2024 - 09:34
Xavi kapitandan razıdır

"Mən Sergi Robertonun bizimlə qalmasını istəyirəm”.

Apasport.az xəbər verir ki, "Barselona"nın baş məşqçisi Xavi komandanın 31 yaşlı kapitanı ilə bağlı vəziyyəti şərh edib.

O, mövsümün sonunda klubla razılaşması başa çatacaq Serginin onları tərk etməsini istəmir: “Düşünürəm ki, Roberto bizim üçün vacib futbolçudur. Artıq müdafiəçi haqqında kluba fikrimi bildirmişəm. Onu tez-tez tənqid edirlər, lakin Sergi həmişə əlindən gələni edir. İnanıram ki, kapitanımız bizi tərk etməyəcək”.

Qeyd edək ki, “Barselona” akademiyasının məzunu olan Sergi Roberto 2013-cü ildən əsas komandanın şərəfini qoruyur.

writer photo
Əlirza Əlirzalı
0