Yığmanın sabiq futbolçusu yenidən həbs olundu
06.05.2023 - 12:36
Yığmanın sabiq futbolçusu yenidən həbs olundu

Kolumbiya millisinin sabiq futbolçusu Dieqo Leon Osorio yenidən həbs olunub.

Apasport.az saytının məlumatına görə, buna qanunsuz narkotik dövriyyəsi səbəb olub.

O, dördüncü dəfə həbs edilib. O, Medelyin yaxınlığındakı aeroportda yaxalanıb. Osorionun apardığı idman ayaqqabılarının bir neçəsinin içində narkotik vasitələr aşkarlanıb. 52 yaşlı veteranın Madridə uçmaq cəhdi baş tutmayıb.

Qeyd edək ki, bir neçə dəfə Kolumbiya çempionu olan, ötən əsrin 90-cı illərində millinin formasını geyinən sabiq futbolçu 2002, 2010 və 2016-cı illərdə də həbs edilib.

writer photo
Əlirza Əlirzalı
0