"Yuventus"da yeni baş məşqçi
13.06.2024 - 10:08
"Yuventus"da yeni baş məşqçi

İtaliya A Seriya təmsilçilərindən "Yuventus" Tiaqo Mottanı baş məşqçi təyin edib.

Apasport.az xəbər verir ki, Tiaqo Motta "Bolonya"nı Çempionlar Liqasına çıxardıqdan sonra "Yuventus"la müqavilə imzalayıb. O, Massimiliano Alleqrini əvəzləyib.

Klubdan verilən açıqlamada, italiyalı məşqçi ilə 30 iyun 2027-ci ilə qədər müqavilə imzalandığı bildirilib. 

Motta məşqçilik karyerasına 2018-ci ildə futbolçu karyerasını bitirdiyi PSJ-nin gənclər komandasında başlayıb.

writer photo
Əlirza Əlirzalı
0