“Yuventus”dan “Monako”ya 23 milyona
14.08.2023 - 21:11
“Yuventus”dan “Monako”ya 23 milyona

İsveçrə millisinin və “Yuventus”un futbolçusu Denis Zakaria klubunu dəyişir.

Apasport.az saytının məlumatına görə, yarımmüdafiəçi karyerasını Liqa1-də davam etdirəcək.

Zakaria “Monako”ya keçəcək. O, yeni klubu ilə yeni müqavilə imzalayacaq.

Transfer 23 milyon avroya gerçəkləşəcək. Turinlilər onun gələcək satışından da 5 faiz əldə edəcək.

Qeyd edək ki, Denis ötən mövsüm həm “Yuventus”da, həm də icarə əsasında “Çelsi”də forma geyinib. 
 

writer photo
Əlirza Əlirzalı
0