"Barselona"nın baş məşqçisi postuna daha bir namizəd
06.02.2024 - 22:54
"Barselona"nın baş məşqçisi postuna daha bir namizəd

"Tottenhem"in sabiq baş məşqçisi Antonio Kontenin işsiz günləri başa çata bilər.

Apasport.az xəbər verir ki, onun bu yay "Barselona"ya rəhbərlik etmək ehtimalı yaranıb.

Klub rəhbərliyi komandanın baş məşqçi postuna yalnız dünya şöhrətli mütəxəssisin təyin olunması niyyətindədir. Kataloniyalılar Konteni variantlardan biri hesab edir. 

Qeyd edək ki, Konte məşqçilik karyerası ərzində “Çelsi”, “Yuventus”, “İnter”, “Atalanta”, “Siena”, “Bari”, "Tottenhem" klublarına və İtaliya millisinə rəhbərlik edib.

writer photo
İsmayıl Xeyrullayev
0